AZ

Gürcüstanda Stalin muzeyi bərpa edilir...

Yazını böyüt
Yazını kiçilt

Gürcüstanda paytaxt Tbilisi xaricində ən çox ziyarət edilən muzeylərdən biri olan İosif Stalinin Dövlət Muzeyi bərpa ediləcək.

Hafta.az xəbər verir ki, bu barədə “Georgia Online” məlumat yayıb.

Bərpa işləri muzeyin memorial evində və pavilyonunda həyata keçiriləcək. Layihə muzeyin öz vəsaiti ilə icra ediləcək.

Gürcüstanın Mədəni İrsin Qorunması üzrə Milli Agentliyindən verilən açıqlamaya görə, bərpa işləri üçün elan olunan iki tender mənfi nəticələnib.

İosif Stalinin uşaqlıq məskəni olan rezidensiya və muzey ərazisindəki bulağın bərpası və konservasiyası üçün tender 11 fevralda elan olunub, müraciətlərin qəbul olunması isə 24 fevralda başa çatıb.

Layihənin təxmini dəyəri 109,430 lari müəyyən edilib. Tenderə yalnız "Velmari" şirkəti maraq göstərib və layihənin icrası üçün 107,107 lari təklif edib. Lakin şirkət texniki sənədləri uyğun olmadığı üçün tenderdən kənarlaşdırılıb.

Seçilən
19
8
hafta.az

10Mənbələr