AZ

Voleybol millimiz 1/4 finalda

Xəbər verdiyimiz kimi, 18 yaşadək çimərlik voleybolçuların Şərqi Avropa Voleybol Zonal Assosiasiyasının (EEVZA) çempionatında iştirak edən oğlanlardan ibarət millimiz 1/4 finala vəsiqə qazanıb.

Apasport.az xəbər verir ki, Latviyanın Cesis şəhərində təşkil olunan yarışda komandamız (İbrahim Məmmədov / Muhəmməd Aslanlı) bu gün baş tutan pley-off mərhələsində Litva yığması ilə qarşılaşıb.

Gərgin keçən oyun millimizin 2:1 (21:19, 17:21, 17:15) hesablı qələbəsi ilə başa çatıb və komandamız növbəti mərhələyə yüksəlib.

1/4 finalda millimizin rəqibi ev sahibi olan Latviya yığması olacaq.

Azərbaycan klubunda braziliyalı BAŞ MƏŞQÇİ

Azərbaycan təmsilçiləri 8-ci yeri tutublar

“Gəncə”dən yeni transfer

Millimiz Ermənistanı məğlub etdi - 1/4 finala yüksəldi

“Azərreyl” heyətini yeni oyunçu ilə gücləndirib

Seçilən
30
20
apasport.az

10Mənbələr