Bakı. Trend:
Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin sülh və insanlıqəleyhinə cinayətlər, müharibə cinayətləri, habelə terrorçuluq,terrorçuluğu maliyyələşdirmə ilə bağlı maddələri ilə və digər ağırcinayətlərdə təqsirləndirilən Ermənistan vətəndaşı RubenVardanyanın barəsində cinayət işi üzrə məhkəmə prosesi iyulun 1-dədavam etdirilib.
Trend xəbərverir ki, Bakı Hərbi Məhkəməsində hakimlər Zeynal Ağayevin sədrliyiilə, Anar Rzayevdən və Camal Ramazanovdan ibarət tərkibdə keçirilənaçıq məhkəmə iclasında (ehtiyat hakim Günel Səmədova)təqsirləndirilən şəxs bildiyi dildə, yəni, rus dilində tərcüməçi,habelə müdafiəsi üçün özünün seçdiyi vəkillə təmin olunub.
Hakim Zeynal Ağayev dindirmədən əvvəl məhkəmə prosesində ilkdəfə iştirak edən zərərçəkmiş şəxslərə və zərərçəkmiş şəxslərinhüquqi varislərinə qanunvericiliklə nəzərdə tutulmuş hüquqlarını vəvəzifələrini izah edib.
Ardınca təqsirləndirilən Ruben Vardanyanın hüquqlarını müdafiəedən vəkili Avraam Berman məhkəməyə müraciət edib. Bildirib ki,iyunun 23-də məhkəmə kollegiyası protokolla tanış olmaq üçün ona vətəqsirləndirilən şəxsə şərait yaradıb və onlar cari il fevralın13-də və 17-də keçirilmiş məhkəmə iclaslarının protokolları ilətanış olublar. Hazırda isə məhkəmə hazırlıq iclasında qəbul edilmişvə protokolda öz əksini tapmış qərarla tanış olmaq istəyirlər.Müdafiə tərəfi, eyni zamanda, həmin tarixlərdə keçirilən iclaslardaverdikləri vəsatətlərin təmin olunmasına dair qərarlarınçıxarışının da onlara verilməsini xahiş edib.
Təsirləndirilən Ruben Vardanyan da vəkilinin müraciətini müdafiəedib.
İclasa sədrlik edən hakim Zeynal Ağayev deyib ki, indiyədəktəqsirləndirilən şəxs və onun müdafiəçisi hansı sənədlərlə tanışolmaq istəyibsə, məhkəmə bunun üçün onlara şərait yaradıb, yenə dəəvvəl olduğu kimi, şərait yaradılacaq.
Sonra məhkəmədə Ermənistanın təcavüzkar müharibəsi və işğalçılıqsiyasəti nəticəsində törədilmiş cinayət hadisələri zamanı zərərçəkənlər, habelə zərərçəkmişlərin hüquqi varisləri ifadəveriblər.
Əvvəlcə zərərçəkmiş şəxs Sərxan Köklərovun hüquqi varisiqismində tanınmış qardaşı Absaləddin Köklərov ifadə verib. O,qardaşının Ağdərədə Ermənistan ordusunun qalıqlarının və qanunsuzerməni silahlı dəstələrinin açdığı atəş nəticəsində yaralandığını,5 gün sonra hospitalda dünyasını dəyişdiyini deyib.
Hüquqi varis qismində tanınmış Tahir Qasımov ifadəsində övladıHacıəli Qasımovun Xankəndi şəhəri yaxınlığında snayperləvurulduğunu, Respublika Neyrocərrahiyyə Xəstəxanasında komavəziyyətində qaldığını, 4 ay sonra vəfat etdiyini söyləyib.
Zərərçəkmiş şəxs Mirzəhəsən Səfərəliyev Ağdamda düşməntərəfindən odlu silahdan açılmış atəş nəticəsində güllə yarasıaldığını bildirib. Baş Prokurorluğun Dövlət ittihamının müdafiəsiüzrə idarəsinin şöbə rəisi Nəsir Bayramovun sualına cavabında isə oqeyd edib ki, həmin vaxt yaxınlığındakı 5 nəfər də yaralanıb, birnəfər isə snayper atəşi nəticəsində həlak olub.
Zərərçəkmiş şəxs Asiman Cəfərov da Ağdamda snayper gülləsindənxəsarət aldığını bildirib.
Zərərçəkən Sənan Hüseynov isə dövlət ittihamçısı Fuad Musayevinsualına cavabında qeyd edib ki, Ağdam rayonunda düşmən tərəfindənaçılmış atəşlər nəticəsində o və yanındakı bir neçə şəxs yaralanıb,bir neçə nəfər isə həlak olub.
Digər zərərçəkmiş şəxs Xəqani Abbasov Ağdam rayonunda Ermənistanordusunun qalıqları və qeyri-qanuni erməni silahlı dəstələrininaçdığı atəş nəticəsində yaralandığını deyib.
Zərərçəkmiş Eltun Məmmədov ifadəsində Ağdam rayonunun Xanabadkəndi istiqamətində düşmən tərəfindən atılmış minaatan mərmisininpartlaması nəticəsində yaralandığını söyləyib.
İbrahim Hüseynov ifadəsində Xocavənd rayonunda düşmən tərəfindənatılmış mərminin partlaması nəticəsində qəlpə yarası aldığınısöyləyib.
Zərərçəkmiş Ərəsdun Müftəliyev Ermənistan ordusunun qalıqlarınınvə qeyri-qanuni erməni silahlı dəstələrinin açdığı atəş nəticəsindəxəsarətlər aldığını deyib.
İfadə verən Elçin Pıçaxov Xocavənd istiqamətində odlu silahdanaçılmış atəş nəticəsində yaralandığını, müalicəsinin hələ də davametdiyini diqqətə çatdırıb.
Zərərçəkmiş Rəşad Əliyev ifadəsində Xocalı istiqamətində düşməntərəfindən açılan snayper atəşi nəticəsində yaralandığını, həminvaxt Toğrul Osmanlının və Altay Əhədovun da düşmən atəşinəticəsində xəsarət aldıqlarını söyləyib.
Həmzə Mahmudov Xocalıda olan zaman artilleriya mərmisininyaxınlığına düşərək partlaması nəticəsində xəsarət aldığınıbildirib.
Digər zərərçəkmiş Azad Məmmədov isə dövlət ittihamçısı TəranəMəmmədovanın sualına cavabında deyib ki, o, Şuşa rayonunun Xəlfəlikəndində minaatan mərmisinin partlaması nəticəsində yaralanıb.
Zərərçəkmiş şəxs Tural Əliyev Kəlbəcərdə qumbaraatan mərmisininpartlaması nəticəsində yaralandığını deyib. O, aldığı xəsarətlərəgörə 6 ay yataq xəstəsi olduğunu qeyd edib.
Zərərçəkmiş Zülfü Qasımov Ermənistan silahlı qüvvələrininqalıqları və qanunsuz erməni silahlı dəstələrinin genişmiqyaslıtəxribatı nəticəsində Kəlbəcər istiqamətində yaralandığınıbildirib. O, dövlət ittihamçısı Vüsal Abdullayevin suallarınacavabında deyib ki, həmin vaxt düşmənin atdığı minaatan mərmisininpartlaması nəticəsində bir nəfər həlak olub, bir neçə nəfər isəyaralanıb.
Zərərçəkmiş Sənan Mehdiyev erməni hərbçilərinin açdıqları atəşnəticəsində xəsarət aldığını deyib.
Nurlan Zeynalov Xocalıda düşmənin atdığı atəş nəticəsində solayağından yaralandığını söyləyib.
Şəmsi Nəbiyev ifadəsində Xocavənddə artilleriya atəşinəticəsində yaralandığını vurğulayıb.
Digər zərərçəkmişlər Rahid Cəfərov, Samir Novruzov, AsimanMəmmədrzayev, Ceyhun Batıyev, Məmmədtağı Rüstəmov, AydınTanrıvediyev, Valeh Mirzəliyev ifadələrində Ermənistan ordusununqalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin açdığıatəşlər nəticəsində xəsarət aldıqlarını bildiriblər.
Zərərçəkmiş Rahid Cəfərov Baş prokurorun xüsusi tapşırıqlar üzrəköməkçisi Tuqay Rəhimlinin sualına cavabında qeyd edib ki, o,Ağdərə rayonunun Canyataq kəndi ərazisində snayper atəşinəticəsində xəsarət alıb.
Güloğlan Əmiraslanov ifadəsində Xocavənd rayonunda düşməntərəfindən atılmış “Faqot” tank əleyhinə idarə olunan raketinpartlaması nəticəsində yaralandığını söyləyib.
Zərərçəkmiş Kamran Həsənov ifadə verib ki, Ağdam rayonununƏliağalı kəndi ərazisində Ermənistan ordusunun qalıqları vəqeyri-qanuni erməni silahlı dəstələrinin atdığı minaatan mərmisininyaxınlığına düşüb partlaması nəticəsində yaralanıb. Baş prokurorunböyük köməkçisi Vüsal Əliyevin sualını cavablandıran zaman o qeydedib ki, hadisə zamanı yanında olan Allahverdi Səfiyev və ElnurKərimov həlak olublar.
Zərərçəkmiş İftixar Abdullayev ifadəsində Kəlbəcər rayonundaErmənistan ordusunun qalıqları və qeyri-qanuni erməni silahlıdəstələrinin açdığı atəş nəticəsində yaralandığını deyib.
Rahib Məmmədov Kəlbəcərdə düşmənin ağır artilleriyadan açdığıatəş nəticəsində xəsarətlər aldığını söyləyib.
İfadə verən digər zərərçəkmiş şəxslər Rahil Xəlilov, TuralSəmədov, Yamin Məmmədov, Elgün Musayev Ermənistan ordusununqalıqları və qeyri-qanuni erməni silahlı dəstələrinin müxtəlifistiqamətlərdə açdığı atəş nəticəsində yaralandıqlarınısöyləyiblər.
Məhkəmə prosesində, həmçinin zərərçəkmiş şəxslərin barələrindəkeçirilmiş məhkəmə-tibbi ekspertizasının rəyləri elan edilib.
Məhkəmənin növbəti iclası iyulun 8-də təyin olunub.
Xatırladaq ki, Ruben Vardanyan Azərbaycan Respublikası CM-in100.1, 100.2 (təcavüzkar müharibəni planlaşdırma, hazırlama,başlama və aparma), 107 (əhalini deportasiya etmə və məcburiköçürmə), 109 (təqib), 110 (insanları zorakılıqla yoxa çıxarma),112 (beynəlxalq hüquq normalarına zidd azadlıqdan məhrum etmə), 113(işgəncə), 114.1 (muzdluluq), 115.2 (müharibə qanunlarını vəadətlərini pozma), 116.0.1, 116.0.2, 116.0.10, 116.0.11, 116.0.16,116.0.18 (silahlı münaqişə zamanı beynəlxalq humanitar hüquqnormalarını pozma), 120.2.1, 120.2.3, 120.2.4, 120.2.7, 120.2.11,120.2.12 (qəsdən adam öldürmə), 29,120.2.1, 29,120.2.3, 29,120.2.4,29,120.2.7, 29,120.2.11, 29,120.2.12 (qəsdən adam öldürməyə cəhd),192.3.1 (qanunsuz sahibkarlıq), 214.2.1, 214.2.3, 214.2.4(terrorçuluq), 214-1 (terrorçuluğu maliyyələşdirmə), 218.1, 218.2(cinayətkar birlik yaratma), 228.3 (qanunsuz olaraq odlu silah,onun komplekt hissələrini, döyüş sursatı, partlayıcı maddələr vəqurğular əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma vəgəzdirmə), 270-1.2, 270-1.4 (aviasiya təhlükəsizliyinə təhdidyaradan əməllər), 278.1 (hakimiyyəti zorla ələ keçirmə və ya onuzorla saxlama, dövlətin konstitusiya quruluşunu zorla dəyişdirmə),279.1, 279.2, 279.3 (qanunvericiliklə nəzərdə tutulmayan silahlıbirləşmələri və ya qrupları yaratma) və 318.2-ci (AzərbaycanRespublikasının dövlət sərhədini qanunsuz olaraq keçmə) maddələriilə ittiham olunur.