AZ

Qadından 30 min alıb rüsvay edəcəkləri ilə hədələdilər

Tribuna portalından alınan məlumata görə, ain.az xəbər verir.

Qobustan qəsəbəsində qonşularına qarşı dələduzluqda təqsirləndirilən Rövşən və Lətif Hüseynovların cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Tribunainfo.az-ın xəbərinə görə, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Roman Ələkbərlinin sədrliyi ilə keçirilən prosesdə iş üzrə şahid Təranə Hüseynova ifadə verib.

Şahid zərərçəkmiş Aygün Hüseynovanın bibisidir. Təranə Hüseynova dövlət ittihamçısının və hakimin suallarını cavablandırıb:

“Rövşən qəsəbə adamıdır. Qohumluq münasibətimiz yoxdur. Hərdən onu tək, hərdən də Aygünlə görürdüm. Mən qardaşımgillə yaşayıram. Bir dəfə evə gəlib gördüm ki, Aygün ağlayır. Nəyə görə ağladığını soruşanda Lətifə 15 min manat verdiyini dedi. Pulunu geri istəyəndə isə Lətif ona hədə-qorxu gəlib. Həmin günlərdə bir dəfə Lətif zəng etmişdi. Aygün telefonu mikrofona qoydu ki, mən də onun dediklərini eşidim. O, Aygün pulu geri istəməsin deyə onu şantaj edirdi. Deyirdi ki, sizi elə bir günə qoyacağam, ailənizi rüsvay edəcəyəm. Aygün bu danışıqdan sonra mənə dedi ki, bankdan pul götürüb Lətifə vermişəm. Amma nəyə görə verdiyini demədi.

Mən ona məsləhət verdim ki, gedib hüquq-mühafizə orqanlarına şikayət etsin. Aygün şikayət edənə qədər Lətif demək olar ki, hər gün onu şantaj edirdi. Təxminən 3-4 ay şantaj edirdi. Aygün ona 30 min manat pul verib”.

Şahid Aygünün maaşının nə qədər olduğu barədə tərəfin sualına “bilmirəm” deyə cavab verib.

Təranə Hüseynova isə istintaqa verdiyi ifadəni təsdiqləyib.

Aygün Hüseynova məhkəmədə pulları ayrı-ayrı banklardan kredit aldığını deyib.

Qeyd edək ki, Rövşən Hüseynova qarşı Cinayət Məcəlləsinin 178.2.1 (böyük miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.4 (qrup halında törədilən dələduzluq) 182.2. ( vəzifəli şəxsə qarşı hədə-qorxu ilə əmlak tələb etmə), Lətif Hüseynova qarşı isə 178.2.1 (böyük miqdarda ziyan vurmaqla dələduzluq), 178.2.4-cü (qrup halında törədilən dələduzluq) maddələri ilə ittiham irəli sürülüb.

Musavat.com

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
1
2
tribunainfo.az

10Mənbələr