AZ

Mingəçevirdə 34 yaşlı kişini cərəyan vurub

Mingəçevirdə 34 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.

News365.az xəbər verir ki, hadisə şəhərin Samux küçəsində qeydə alınıb.

Belə ki, 1991-ci il təvəllüdlü, Goranboy rayon Goranlı kənd sakini Sabir Səlman oğlu Nəbiyevi zavodda söküntü işləri apararkən elektrik cərəyanı vurub.

Hadisə nəticəsində 34 yaşlı kişi həyatını itirib.

Faktla bağlı araşdırma aparılır.

Seçilən
4
2
news365.az

3Mənbələr