AZ

“Sputnik Azərbaycan”ın Bakıda həbs olunan icraçı direktoru və şef redaktoru Ukraynada “arzuolunmaz şəxs” elan edildi

“Rossiya Seqodnya" İnformasiya Agentliyinin Bakı filialının (“Sputnik Azərbaycan”) icraçı direktoru İqor Kartavıx və şef redaktor Yevgeniy Belousov Ukraynada “arzuolunmaz şəxs” elan ediliblər.

 

Onların adları Ukraynanın “Mirotvorets” saytının bazasına daxil edilib.

 

Ukrayna onları müharibə barədə təbliğat apardıqları üçün bu siyahıya daxil edib.

 

Qeyd edək ki, hər iki şəxs barəsində bu gün Xətai rayon Məhkməsində 4 aylıq həbs qətimkan tədbiri seçilib. Onlar müxtəlif cinayətlərdə ittiham olunurlar.

 

APA

Tarix: 1 İyul 2025, 19:46   
Seçilən
11
11
pravda.az

10Mənbələr