AZ

Yelo kartların cashback şərtləri yeniləndi - daha çox limit, daha yüksək cashback!

Müştərilərinin istəklərini hər zaman prioritet tutan Yelo Bank cashback şərtlərini daha cəzbedici etdi! 1 iyul 2025 tarixindən etibarən sahib olduğunuz istənilən Yelo kartla (debet, taksit/kredit) həm ölkədaxili, həm də ölkəxarici xərcləmələrə cashback hesablanması mümkün olacaq. Əsas üstünlüklərdən biri - tələbatlı 16 kateqoriya üzrə 20%-dək cashback təklif olunur!

Müştərinin Yelo-dakı əmanət, kredit məbləği və kart qalığından asılı olaraq cashback kateqoriyaları “STANDART” və “PARLAQ” olaraq iki paketdə təqdim olunur. Paketlər bir-birindən cashback faizi və aylıq cashback qazancı limitinə görə fərqlənir. Bu paketlərdən istənilən birini aktivləşdirmək üçün müştəri hər ay əmanət məbləği, kart və kredit qalığı hədəflərindən ən az birini tamamlamalıdır. Yeni cashback şərtlərinin tətbiq olunduğu gündən etibarən müştəriyə hədəf tamamlamaq üçün 30 gün güzəşt müddəti tətbiq olunur, bu müddət ərzində müştəriyə standart cashback paketindən istifadə imkanı verilir. Yeni Yelo kart müştərilərinə də kartı aktivləşdirdikləri ayın sonuna kimi "Standart" cashback paketi hədiyyə edilir.

Aylıq maks. qazanılacaq cashback məbləği də artırılıb: "Standart" paketdə 90 AZN, "Parlaq" paketdə isə 140 AZN-dir. Qeyd edək ki, yeni cashback şərtlərindən xarici valyutalı (USD / EUR) Yelo kart sahibləri də faydalana biləcəklər. Qazanılan cashback məbləği AZN valyutasında hesablanacaq.

İndi xərcləmələrinizə daha çox cashback qazancı ilə rəng qatın. Yelo kartı əldə etmək üçün onlayn sifariş edin: https://bit.ly/49pPDwb. Yeni qaydalarla daha ətraflı tanış olmaq üçün: https://bit.ly/cshbckyeni.

Yelo Bank-dan kart sifarişi etmək istəyirsiniz? O zaman 981 nömrəsinə zəng edin və ya Facebook, Instagram , Whatsapp və yelo.az hesablarımızı ziyarət edin.

Yelo Bank – Parlaq bankçılıq!

.news-tags {

padding-top: 10px;

}

.news-tags span {

display: inline-block;

border: 1px #999 solid;

border-radius: 3px;

padding: 0 10px;

cursor: pointer;

}

.news-tags span:hover {

background-color: #999;

color: #fff;

}

.news-tags span:hover a {

color: #fff;

}

Bank

reklam

yelo bank

Seçilən
3
5
kommersant.az

6Mənbələr