AZ

Rusiya təhlükəsinə görə qadınlar orduya çağırılır

Axar.az saytına istinadən ain.az xəbər verir.

Danimarkada bu gündən, iyulun 1-dən etibarən qadınların kişilərlə bərabər 18 yaşında hərbi xidmətə çağırılmasını nəzərdə tutan yeni qanun qüvvəyə minib.

Axar.az xəbər verir ki, bu barədə “Deyli Ekspress” məlumat yayıb.

Danimarkada hərbi xidmətə çağırış proqramının rəhbəri, polkovnik Kennet Stromun dediyi kimi, Danimarka parlamentinin iyunun əvvəlində qəbul etdiyi qərar “hazırkı təhlükəsizlik vəziyyəti”nə əsaslanır.

"Onlar (qadınlar - red.) NATO-nun kollektiv qarşısının alınmasında iştirak edə bilərlər. Çağırışçıların sayının artırılması sadəcə olaraq döyüş gücünün artmasına gətirib çıxaracaq", - o qeyd edib.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.

Seçilən
31
50
axar.az

10Mənbələr