Yekaterinburqdakı diaspor rəhbəri Şahin Şıxlinski həbs edilib.
“Azreform.info ” xəbər verir ki, bu barədə məlumatı Trend-ə Azərbaycanın Diasporla İş üzrə Dövlət Komitəsindən təsdiqləyiblər.
***
Rusiyanın Ural vilayətindəki Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski saxlanılıb.
Azreform.info Musavat.com-a istinadla bildirir ki, Şahin Şıxlinski Yekaterinburqda "Baku Plaza" ticarət mərkəzinin yaxınlığında Rusiya hüquq-mühafizə orqanları tərəfindən saxlanılıb.
Hadisənin detalları və səbəbləri hələ açıqlanmayıb. Məlumat dəqiqləşdirilir.
Hadisənin görüntülərini təqdim edirik: