AZ

Voronejdə saxlanılan azərbaycanlı sahibkar azadlığa buraxılıb

Voronejdə tutulduğu barədə xəbərlər yayılan azərbaycanlı sahibkar Yusif Xəlilov azadlığa buraxılıb.

Bu barədə Oxu.Az-a Voronej vilayətinin Azərbaycan icmasının rəhbəri Mehdi Mehdiyev məlumat verib.

Onun sözlərinə görə, Y.Xəlilov 27 iyun tarixində saxlanılmış, lakin elə həmin gün azadlığa buraxılmışdı.

“Hazırda Voronej vilayətində Azərbaycanlılara qarşı hər hansı bir əməliyyat aparılmır, saxlanılan yoxdur”, – deyə o məlumat verib.

Seçilən
28
7
editor.az

10Mənbələr