Ajans.az xəbər verir ki, bu barədə Rusiya KİV-i məlumat yayıb. Sadəcə Voronejdə Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin əməkdaşları regionun ən böyük Alekseyevski bazarının şərikli sahibi Yusif Xəlilovu deyil, həmçinin “Lukoyl” şirkətlər qrupunun Uraldakı istehsalat birliyinin rəhbəri Əhməd Hacıyevi saxlayıblar. İnternetdə xüsusi təyinatlıların Xəlilovun malikanəsinə basqın edərək onu üzüstə yerə yıxdığı görüntülər yayılıb. Xəlilovun Voronej vilayətindəki Azərbaycan diasporunun əməkdaşı olduğu bildirilir. Hələlik başqa təfərrüatlar və ya rəsmi şərh yoxdur.