Yekaterinburqda saxlanılan Şahin Şıxlinski Səfərov qardaşları ilə bağlı aparılan cinayət işi üzrə şahid qismində tanınıb.
Musavat.com xəbər verir ki, bu barədə məlumatı onun oğlu Mütvəli Şıxlinski yayıb.
O bildirib ki, atasının istintaqla əməkdaşlıq etdiyi və hazırda şahid statusunda olduğu təsdiqlənib. Hadisənin təfərrüatları barədə əlavə məlumat verilməsə də, ailə Şahin Şıxlinskinin günahsız olduğunu və tezliklə azadlığa buraxılacağına ümid etdiklərini bildirib.
Musavat.com