AZ

"Kadırovun azyaşlı oğluna dəbdəbəli toy: milyonluq saat, qadağan olunmuş avtomobil və Putinin xüsusi təbriki" - "Azadlıq Radiosu"

"Çeçenistan rəhbərinin 17 yaşlı oğlu Adam Kadırovun toy mərasimi təkcə dəbdəbəsi ilə deyil, həm də Kremlin yüksək diqqəti və qanunla ziddiyyət təşkil edən detalları ilə gündəm olub..."

Ötən həftəsonu Çeçenistan rəhbəri Ramzan Kadırovun 17 yaşlı oğlu Adam Kadırov öz doğma kəndi Ahmat-Yurtda evlənib.

Moderator.az xəbər verir ki, bu barədə "svoboda.org" nəşri məlumat yayıb.

Məlumatda deyilir ki, gəlinin adı Medni olsa da, müşahidəçilər onun Dövlət Dumasının deputatı, Kadırovun yaxın silahdaşı Adam Delimxanovun nəvəsi olduğunu ehtimal edir. Medninin 2009-cu il təvəllüdlü olduğu deyilir. Toydan üç gün öncə kəndə giriş bağlanıb, yalnız xüsusi dəvətlilər buraxılıb. Mərasimdə çəkiliş aparmaq qadağan olunub, istisna yalnız bəy və onun yaxın çevrəsinə şamil olunub. 

Toy zamanı yayılan görüntülərdə Aadam Kadırov yaşıl rəngli, nadir modellərdən olan "Mercedes-Benz G-Class STRONGER THAN THE 1980s" avtomobilini idarə edir və qızıl tapançadan havaya atəş açır. Qeyd edək ki, bu avtomobilin dəyəri 190 min avrodan başlayır və 2022-ci ildən Avropa İttifaqı belə bahalı avtomobillərin Rusiyaya satışını qadağan edib.

Toyda Aadamın qolundakı saat da müzakirələrə səbəb olub - "Jacob & Co. Billionaire ASHOKA" brendinə məxsus brilyantlarla bəzədilmiş bu saatın qiyməti 3-20 milyon dollar arasında dəyişir. Gənc Kadırov isə "əvvəlcə atam mənə yenisini alsın, sonra bu saatı xüsusi hərbi əməliyyat üçün ianə edəcəyəm" deyə bildirib.

Putinlə şəkil və tərif dolu mesaj

Toydan dərhal sonra Adam Kadırov sosial şəbəkələrdə Vladimir Putinlə çəkilmiş fotosunu paylaşıb. 17 yaşlı "Rusiya subyekt rəhbərinin ən gənc mühafizə xidmətinin rəisi" prezidentlə əl sıxaraq kamera qarşısına keçib. Adam paylaşımında Putinə "çoxsaylı qayğısı və ailəyə daim diqqət göstərdiyi üçün" təşəkkür edib və "çox qiymətli bir münasibət" olduğunu yazıb.

Prezident Putin isə yalnız təbriklə kifayətlənməyib, Adamla Moskvada qeyri-rəsmi görüş keçirib. Bu barədə məlumatı Çeçenistanın milli siyasət və informasiya naziri Əhməd Dudayev açıqlayıb. Putin Kadırovun oğlunu "qısa ömründə artıq məsuliyyətli, təşəbbüskar və möhkəm xarakterli rəhbər kimi" tanıdığını deyib və onun "xalqına sədaqətini" vurğulayıb.

Ramzan Kadırov isə prezidentin təbrikini böyük duyğusallıqla qəbul edərək, "Toydan sonra prezident mənə zarafatla dedi ki, bu uşaqları incitmə, yoxsa şikayət edərlər" sözlərini bölüşüb.

Kreml elitası və beynəlxalq qonaqlar çeçen toyunda bir arada

Rəsmi məlumata görə, toyda Rusiya hökumətindən vitse-premyerlər Denis Manturov və Aleksandr Novak, Şimali Qafqaz üzrə prezident nümayəndəsi Yuri Çayka, RLDP lideri Leonid Slutski, Moskva vilayətinin qubernatoru Andrey Vorobyov və başqa bölgə rəhbərləri iştirak edib. Bundan başqa, İran, BƏƏ və Qazaxıstan səfirləri də mərasimə qatılanlar arasında olub. Tanınmış idmançılar, alimlər, mədəniyyət və din xadimləri də dəvətlilər siyahısında olub, lakin onların adları ictimaiyyətə açıqlanmayıb. 

Kadırov ailəsinin bu dəbdəbəli və siyasi rəmzlərlə zəngin toyu Çeçenistanın təkcə regional deyil, federal səviyyədəki nüfuzunu bir daha ortaya qoyub. Bununla yanaşı, bu hadisə Rusiya cəmiyyətində qanunların seçici tətbiqi, rəsmi şəxslərin dəbdəbəli həyatı və gənclərin dövlət strukturlarındakı roluna dair yeni suallar doğurub.

Seçilən
32
28
moderator.az

10Mənbələr