AZ

NATO rəhbəri ABŞ-a çağırış etdi: Ukraynaya silah tədarükündə çeviklik lazımdır

NATO-nun baş katibi Mark Rütte ABŞ-ı Ukraynaya silah tədarükü məsələsində daha çevik davranmağa çağırıb.

NOCOMMENT.az xəbər verir ki, bu barədə Reuters agentliyi məlumat yayıb.

“Mən ABŞ-ın kollektiv müdafiə üçün lazımi ehtiyat səviyyəsini qorumaq istəyini tam başa düşürəm. Lakin hamımız ümid edirik ki, Ukraynanın ehtiyac duyduğu silahları alması üçün çeviklik göstəriləcək,” – deyə Rütte bildirib.

Qeyd olunur ki, ABŞ 2 iyul tarixində Ukraynaya Patriot tipli mühüm müdafiə sistemlərinin, zenit raketlərinin, yüksək dəqiqlikli döyüş sursatlarının və 155 mm-lik mərmilərin tədarükünü dayandırıb.

Seçilən
40
27
nocomment.az

10Mənbələr