ain.az xəbər verir, Axar.az saytına əsaslanaraq.
İranda MOSSAD-la əlaqədə olduğu ehtimal edilən şəxslərə qarşı əməliyyat davam etdirilir.
Axar.az xəbər verir ki, bu barədə İslam İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) Quru Qoşunları məlumat yayıb.
Qeyd olunub ki, ötən gün Sistan və Bəlucistan bölgəsində MOSSAD-a çalışan şəxslərin saxlanılması üzrə əməliyyat keçirilib. Əməliyyat zamanı MOSSAD-a işləyən iki nəfər öldürülüb, 50-dən çox şəxs saxlanılıb.
Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.