AZ

Şahin Şıxlinski sərbəst buraxıldı

Uraldakı Azərbaycan diasporunun rəhbəri Şahin Şıxlinski sərbəst buraxılıb.

Bizim.Media xəbər verir ki, bu barədə Diasporla İş üzrə Dövlət Komitəsindən bildirilib.

Bildirilib ki, Şıxlinski dindirildikdən sonra sərbəst buraxılıb.
 

MÖVZU İLƏ BAĞLI:

Azərbaycanlı diaspor rəhbəri də Yekaterinburqda SAXLANILDI - VİDEO


Qeyd edək ki, diaspor rəhbəri ötən gün saxlanılıb. O, oğlu ilə birgə avtomobilində olarkən, OMON-çular tərəfindən hücuma məruz qalıb, döyülərək Sverdlovsk vilayəti üzrə İstintaq Komitəsinə aparılıb.

Şıxlinskinin oğlu Mutvalının məlumatına görə, atası Səfərov qardaşlarının öldürülməsinə dair cinayət işi üzrə şahid qismində çıxış etdiyi üçün saxlanılıb.

Bizim.Media

Seçilən
26
29
bizim.media

10Mənbələr