AZ

Rusiya, dövlət səviyyəsində etnik ayrı-seçkilik həyata keçirir



Rusiya İtirə-itirə gedir.Səbəb, Putinin haqlı-haqsız, zor gücünə yürütdüyü siyasətin nəticəsindir.Bu siyasət ilk öncə beynəlxalq normalara tüpürərək, Putin hakimiyyəti tərəfindən Rusiyanın hüdudlarından kənarda tətbiq olunmağa başladı və artıq, başqa idarəçilik sistemi tanımayan bu hakimiyyət,bu rəzaləti Rusiyanın özündə tətbiq etməyə başlayıb.Hədə və qorxu dilində danışan, heç bir qayda və qanunlara riayət etmək istəməyən Rusiya, dövlət səviyyəsində etnik ayrı-seçkilik həyata keçirir.Bu zaman-zaman fərqli xalqlara və millətlərə qarşı tətbiq edilir.Rusiyanın bu, milli, irqi və dini ayrıseçkilik siyasətindən azərbaycanlılar da ,öz nəsibini alıblar. Son vaxtlar və son günlər baş verənlər də, bunun sübutudur. Rusiya ölkəmizə qarşı,ölkəmizin suveren hüquqlarını görməzdən gələrək münasibətlərini qura bilməz.Bu yolverilməzdir.Rusiyanın yetkililəri və siyasət adamları başa düşməlidirlər ki, onlar da digər dövlətlərin mədəni və ağıllı siyasət adamları kimi, beynəlxalq hüquqa, ölkələrin suverenliyinə, sərhədlərin toxunulmazlığına hörmət etməlidirlər və ağıllarına gələni, sərxoş olub ağzına gələni danışmaq olmaz və xüsusilə də Rusiya kimi bir ölkədə dini və etnik ayrı-seçkiliyə yol vermək, qəbilə təfəkkürü ilə dövlət idarə etmək kimi bir şeydir.İnanıram ki, Rusiyada az da olsa dünyavi təfəkkürü və ədaləti üstün tutan siyasətçilər və ziyalılar var. Onlar bu təfəkkürdən ölkələrini xilas etmək üçün hərəkətə keçməlidirlər.

Çingiz Şahbazi, siyasi ekspert
Seçilən
23
1
newscenter.az

1Mənbələr