"Real Madrid"in ulduzu Kilian Mbappe ABŞ-da keçirilən klublararası dünya çempionatında debüt edib.
Offsideplus.az xəbər verir ki, o, 1/8 finalda "Yuventus"a qarşı matçın 68-cı dəqiqəsində yeganə qolun müəllifi Qonsalo Qarsiyanın əvəzinə meydançaya çıxıb.
Xatırladaq ki, fransız hücumçu yarışın startı ərəfəsində infeksiyaya yoluxmuşdu, hətta xəstəxanaya yerləşdirilmişdi.
Qastroenterit səbəbindən 4-5 kq çəki itirən futbolçu "Real Madrid"in qrup mərhələsindəki hər 3 oyununu buraxıb.