AZ

Trampdan Baydenə ŞOK SÖZLƏR: “Lənətə gəlmiş istəyirdi ki, mən burada olum”

ABŞ prezidenti Donald Tramp Everqleyts bataqlığında yerləşən və timsahlarla əhatələnmiş miqrasiya mərkəzi “Aligator Alkatras”a gələrkən sərt açıqlama verib.

“Lənətə gəlmiş Bayden istəyirdi ki, mən bu gün burada olum” – deyə Tramp jurnalistlərə bildirib.

KONKRET.az xəbər verir ki, Tramp bildirib ki, onun dövründə ABŞ-ın sərhədləri güclü və etibarlı şəkildə qorunurdu:

“Mən vəzifədən getdikdən sonra o gəldi və ilk gündən sərhədi açdı. Sadəcə açdı. İnsanlar gözlərinə inanmırdı. Soruşurdular: ‘Nə baş verir?’ Onlara cavab verilirdi: ‘Buyurun, keçin.’”

Natiq Səlim,
KONKRET.az

Seçilən
9
2
konkret.az

3Mənbələr