AZ

Qələbə tək zərbə ilə gəldi

2025-ci il Klublararası Dünya Çempionatının son 16 turunda "Real Madrid" və  "Yuventus" üz-üzə gəlib. ABŞ-ın Mayami şəhərindəki “Hard Rock” stadionunda keçirilən oyunun ilk hissəsində qapılara qol vurulmayıb. İkinci hissənin 54-cü dəqiqəsində Qonzalonun vurduğu qol Real Madridi önə çıxarıb. Qalan dəqiqələrdə daha qol olmayıb və Real Madrid meydanı 1:0 hesablı qələbə ilə tərk edərək adını son 8 komanda arasında qeyd edib. Xabi Alonsonun komandası 1/4 finalda "Borussiya Dortmund" - "Monterrey" matçının qalibi ilə qarşılaşacaq.

 

Əlisahib İbrahimli

 

Sitat.info

Seçilən
26
1
sitat.info

2Mənbələr