Berlin, Kiyevə silah tədarük etməsinə baxmayaraq, Ukraynada münaqişənin tərəfi olmayacaq.
Bakıvaxtı.az xəbər verir ki, bu barədə Almaniya kansleri Fridrix Merz deyib.
"Bir şey dəqiqdir və mən bir daha deyirəm: Almaniya münaqişənin tərəfi olmayacaq! Biz birlikdə bu müharibəni dayandırmaq üçün əlimizdən gələni etməyə çalışmalıyıq", - o, ARD telekanalına müsahibəsində bildirib.