“Allah maraqlanan hər kəsdən razı olsun. Mən artıq azadlıqdayam”.
News24.az xəbər verir ki, bu sözləri Globalinfo.az-a Şahin Şıxlinski deyib.
O, hüquq elmləri doktoru, professor İlham Rəhimovun sayəsində buraxıldığını bildirib:
“Özümü yaxşı hiss edirəm, hər şey qaydasındadır. Allah böyük hüquqşünasımız İlham Rəhimovun canını sağ eləsin. İlk dəqiqələrdən mənə dəstək oldu, düzgünlüyün tərəfində olmağa üstünlük verdi. O olmasaydı, bəlkə də məni buraxmazdılar və hər şey başqa cür olardı”.