Rusiya Xarici İşlər Nazirliyində (XİN) Azərbaycan səfiri Rəhman Mustafayevə şifahi nota verilib.
Senzor.az bildirir ki, bu barədə Rusiya XİN məlumat yayıb
Qeyd olunub ki, R.Mustafayevi Rusiya XİN başçısının müavini Mixail Qaluzin qəbul edib.
Səfirə Bakının son "qeyri-dost hərəkətləri" ilə bağlı etiraz bildirilib.
Rusiya tərəfi notada Bakıda saxlanılan "Sputnik-Azərbaycan"ın rusiyalı əməkdaşları İqor Kartavıx və Yevgeni Belousovun azad olunmasının zəruriliyini qeyd edib.
Eyni zamanda, Yekaterinburqda Rusiya vətəndaşları olan azərbaycanəsilli şəxslərin saxlanılması ilə bağlı vəziyyətə gəlincə, Rusiya hüquq-mühafizə orqanları tərəfindən həyata keçirilən istintaq hərəkətlərinin yerli qanunvericiliyə uyğun olaraq, əvvəlki illərdə bu ölkənin ərazisində, o cümlədən, Azərbaycan vətəndaşlarına qarşı törədilmiş ağır cinayətlərlə bağlı işlərin araşdırılması çərçivəsində həyata keçirildiyi vurğulanıb.