AZ

Orlando Blum Keti Perri ilə ayrıldıqdan sonra müəmmalı paylaşımlar edib

ain.az, Oxu.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Məşhur Hollivud aktyoru Orlando Blum müğənni Keti Perri ilə ayrılmaları barədə xəbərlərdən sonra sosial şəbəkədə müəmmalı paylaşımlar edib.

Oxu.Az xəbər verir ki, bu barədə "Page Six" məlumat yayıb.

Məlumata görə, aktyor əvvəlcə şəxsi hesabında Buddanın sitatını paylaşıb: "Hər gün yeni bir başlanğıcdır. Bu gün nə etdiyimiz ən vacib məsələdir".

Daha sonra o, yapon yazıçısı Daisaku İkedanın sözlərinə yer verib: "Ən vacib olan birinci addımı atmaqdır. Kiçik qorxunu dəf etdikdə, növbəti addımı atmaq üçün güc tapırıq".

Blumun bu paylaşımlarla nə demək istədiyi hələ də aydın deyil.

Qeyd edək ki, bir qədər əvvəl aktyor milyarder Ceff Bezos və Loren Sançesin Venesiyada keçirilən və geniş müzakirələrə səbəb olan toyuna tək qatılıb. Bildirilir ki, Blum tədbirdə "tərləyənə" qədər əylənib.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
42
5
oxu.az

10Mənbələr