BMT Azərbaycanla Rusiya arasında son günlər baş verən hadisələrlə bağlı yaranan gərginlikdən xəbərdardır. Bunu BMT Baş katibinin sözçüsü Stefan Düjarrik bildirib.
“Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında bir sıra insidentlər fonunda yaranmış gərginlikdən tam xəbərdarıq. Hər iki ölkədə baş verən hadisələri diqqətlə izləyirik. Ümid edirik ki, bu məsələlər diplomatik yollarla həll ediləcək”, – Düjarrik vurğulayıb.
N.Təbrizli