AZ

Nəhəng aviaşirkətin müştəri bazası haker hücumuna məruz qalıb

Avstraliyanın "Qantas Airways" aviaşirkəti əlaqə mərkəzinin kiberhücuma məruz qaldığını etiraf edib.

"Report" aviadaşıyıcının açıqlamasına istinadən xəbər verir ki, bunun nəticəsində "Qantas Airways"in müştərilərinin şəxsi məlumatları (ad və soyad, mobil nömrələr və elektron ünvanlar) kibercinayətkarların əlinə keçib.

Qeyd edək ki, hücuma məruz qalan plaftormada 6 milyon müştərinin şəxsi məlumatları olub.

Açıqlamaya əsasən, müştərilərin maliyyə və pasport məlumatları ələ keçirilməyib, çünki onlar sözügedən bazada saxlanılmayıb.

Xatırladaq ki, "Qantas Airways" 2022-ci ildə də haker hücumuna məruz qalıb.

Seçilən
8
3
report.az

4Mənbələr