Sherg.az saytına istinadən ain.az xəbər verir.
Putinin icazəsi olmadan Rusiyanın repressiya maşını belə qəddarlıq edə bilməz
Rusiya repressiya maşını Azərbaycan və Mərkəzi Asiyanın milli kimliyini hədəfdə saxlayır
"Keçəllər təxəllüsü" ilə Rusiyadakı qeyri-ruslara qarşı kütləvi və amansız hücumları təşkil edən "skinhed hərəkatı"nın "missiyasını" hazırda rus kəşfiyyatı və hüquq-mühafizə orqanları həyata keçirir".
Bu barədə Sherg.az-a açıqlamasında siyasi şərhçi Azər Niftiyev deyib.
Ekspert bildirib ki, əslində, "skinhed hərəkatı"nı başıpozuq gənclərin birliyi yox, Rusiya kəşfiyyat orqanları tərəfindən yaradılan "faşist yuvası" - şəbəkəsi adlandırmaq daha doğru olardı:

"Stalin dövründə aydınlarımızı kütləvi repressiya maşınının təkərləri altına alan xislət qeyri-ruslar və soydaşlarımıza qarşı faşist siyasətini bu gün də davam etdirir. Çeçen xalqını da qətliam edən, qocaya, qadına və uşağa belə rəhm etməyən bu amansız və imperialist rejim bu gün Ukraynada oxşar siyasəti həyata keçirir. Daxildəki azlıqlara, qeyri-millətlərə divan tutur. Hətta o zaman belə insanları evində, küçədə güllələmirdilər. Qeyri-ruslara qarşı faşist siyasətinin başında da heç şübhəsiz, Rusiya Prezidenti Putin dayanır. O da məlumdur ki, Vladimir Vladimiroviçin icazəsi olmadan Rusiya repressiya maşını bu qəddarlıq və rasizmə imza ata bilməz. Din, Rus provaslav kilsəsi rejimin qəddarlığına haqq qazandıran və ona ideoloji əsaslar yaradan amil rolunda çıxış edir".
Siyasi şərhçi əlavə edib ki, bugünün "skinhedleri" isə Rusiyanın "OMON" adlı rəsmi quldur təşkilatıdır:
"Sovet dövründə Azərbaycan və Mərkəzi Asiya vətəndaşlarını zülmə məruz qoyanlar, Fətəli xan, Cavad xan, Hüseynqulu xanı doğrayıb öldürənlər, bir əsr Çar Rusiyası və 70 il Sovetin əsarətində milli kimliyimizi qəsb edənlər anlamalı ki, artıq nə Azərbaycan həminki Azərbaycandır, nə də Rusiya həminki Rusiyadır. Rusiya imperialist və rasist siyasətindən imtina etməli, bəşəri qəddarlığa son qoymalıdır. Yoxsa tarixin zibilliyinə yola salınacağı gün də uzaqda deyil".
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün ain.az saytını izləyin.