BAKI, 2 iyul. TELEQRAF
İstanbulda Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanı təhqir edən və təhlükəsizlik qüvvələrinə müqavimət göstərən 42 nəfər saxlanılıb.
Teleqraf xəbər verir ki, bu barədə Türkiyənin daxili işlər naziri Əli Yerlikaya bildirib.
"Bu axşam İstanbulun Saraçhane qəsəbəsində prezidentimiz Rəcəb Tayyib Ərdoğanı təhqir edən, təhlükəsizlik qüvvələrimizə müqavimət göstərən 42 nəfər tutuldu və barələrində məhkəmə prosesi başladıldı. Ölkəmizin küçə və meydanlarını heç kim xalqın iradəsi ilə hücum meydanına çevirə bilməz. Heç kim nifrət və təxribat zəhərini küçələrə daşıya bilməz" - nazir bildirib.