AZ

“Xiaomi” yeni elektrikli SUV modelini təqdim etdi

Lent az saytına istinadən ain.az xəbər verir.

Çinin smartfon və elektron cihaz istehsalçısı olan “Xiaomi”, keçən il ilk dəfə girdiyi elektrikli avtomobil bazarında yeni modelini təqdim edib.

Lent.az xəbər verir ki, şirkət ötən gün Pekində keçirilən tədbirdə özünün "YU7" adlı elektrik SUV modelini təqdim edib.

Xüsusiyyətlərinə görə cəmi 9 rəng variantı ilə 3 versiyada satışa çıxarılan avtomobilin başlanğıc qiyməti 253 min 500 yuan (təxminən 35 min 400 dollar) olaraq müəyyən edilib.

Bildirilib ki, yeni modelin akkumulyatoru ilə 835 kilometr məsafə qət etmək mümkündür.

Qeyd edək ki, bu model şirkətin ikinci elektrikli avtomobil modelidir. “Xiaomi” 2024-cü ilin mart ayında "SU7" adlı ilk elektrikli idman avtomobil modelini təqdim etmişdi.

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
38
lent.az

1Mənbələr