AZ

AZAL Moskva Bakı qiymətlərini bahalaşdırdı

Gununsesi portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

Azərbaycan Hava Yolları Dövlət Konserni (AZAL) Rusiya ilə Azərbaycan arasında yaranan gərginliyə biletlərin qiymətini bahalaşdırmaq üçün fürsət kimi yanaşıb.

Gununsesi.info–nun xəbərinə görə, dünən günorta saatlarında Moskva-Bakı reysi ilə satılan  təyyarə biletləri axşam saatlarında 600-700 manatdan 1000 manata qədər bahalaşıb.

Bu, Rusiya hüquq-mühafizə orqanlarının azərbaycanlılara qarşı həyata keçirdiyi genişmiqyaslı həbs dalğasından bir neçə saat sonraya təsadüf edib.

Görünür, bu həbs dalğasına düşəcəklərindən ehtiyyat edən soydaşlarımız vətənə dönməyə çalışır.

Rusiya ilə Azərbaycan arasında quru sərhədlərin bağlı qalması onsuz da təyyarə biletlərini minlərlə insan üçün əlçatmaz etmişdi.

AZAL-ın bu bu fürsətdən istifadə edərək qiymət artımına getməsi, nə dövlətçilik, nə də milli maraqlara xidmət edir.

Günay Mahirqızı

Gununsesi.info

Daha ətraflı məlumat və yeniliklər üçün ain.az saytını izləyin.

Seçilən
17
38
icma.az

10Mənbələr