AZ

Maşınla piyadanı vuraraq öldürən “prava”sız sürücü məhkəmə zalından həbs edildi

Gəncə Ağır Cinayətlər Məhkəməsində yol qəzası törətməkdə təqsirləndirilən Qulam Qulamovun (adı, soyadı şərtidir) cinayət işi üzrə məhkəmə istintaqı başa çatıb.

 

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim İlkin İbişovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

 

Məhkəmənin hökmü o, 5 il 6 ay müddətinə azadlıqdan məhrum edilib və məhkəmə iclas zalında həbs olunub.

 

İttihama görə, hadisə 23 noyabr 2024-cü il tarixdə, təxminən saat 18:45 radələrində Bakı-Qazax-Gürcüstan sərhədi yolunun Qazax rayonu, Ağköynək kəndi ərazisindən keçən 472-ci kilometrliyində qeydə alınıb.

 

Belə ki, Qulam Qulamov sürücülük vəsiqəsi olmadan idarə etdiyi “VAZ-2107” markalı avtomobillə Qırmızı-Körpü istiqamətində hərəkətdə olarkən piyada Fikrət Mustafayevi vuraraq öldürüb.

 

Kamal Məmmədov

 

Hadisədən sonra Qulam Qulamov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilmişdi.

 

Tarix: 2 İyul 2025, 08:17   
Seçilən
22
50
pravda.az

10Mənbələr