AZ

"Qarabağ" 11 il sonra yenidən...

"Qarabağ"ın Avstriya toplanışında yoxlama oyunu keçirəcəyi növbəti rəqib müəyyənləşib.

Sportinfo.az xəbər verir ki, bu, yerli "Zalsburq"dur.

Bununla bağlı məlumatı Avstriya klubunun rəsmi saytı yayıb. Oyun iyulun 15-də keçiriləcək.

"Qarabağ"la "Zalsburq" 2014-cü ildə Çempionlar Liqasının üçüncü təsnifat mərhələsində üz-üzə gəliblər.

Bakıdakı matçda Ağdam təmsilçisi qələbə qazansa da (2:1), cavab görüşündə uduzub (0:2). "Zalsburq" üstün tərəf kimi ÇL-də pley-off mərhələsinə adlayıb.

"Qarabağ" Avstriyada Ukraynanın “Metalist” klubu ilə də qarşılaşacaq. Oyun iyulun 7-də keçiriləcək.

Seçilən
22
38
sportinfo.az

10Mənbələr