Klublararası Dünya Çempionatında bütün 1/4 finalçılar məlum olub.

Offsideplus.az xəbər verir ki, sonuncu olaraq bu mərhələyə yüksələn Dortmund "Borussiya"sı olub. Onlar "Monterrey"i 2:1 hesabı ilə məğlub edərək bunu bacarıb.

"Borussiya"ya qələbəni gətirən qolları Seru Qirassi vurub.

Almaniya klubunun 1/4 finaldakı rəqibi "Real Madrid" olacaq.