AZ

“Araz-Naxçıvan”ın rəqibindən transfer

“Araz-Naxçıvan”ın UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi “Aris” (Yunanıstan) heyətini yeni qapıçı ilə gücləndirib.

Futbolpress.az xəbər verir ki, Saloniki təmsilçisi Lovro Maykiçi transfer edib. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “İstra” klubundan heyətə cəlb edilən qolkiperlə 3 illik müqavilə imzalanıb.

“Araz-Naxçıvan” “Aris”lə ilk oyunu iyulun 24-də Bakıda, cavab görüşünü isə 31-də Salonikidə keçirəcək.

Seçilən
21
4
futbolpress.az

7Mənbələr