"Türkiyənin Hatay, İzmir və Manisa vilayətlərində yanğınlar qismən nəzarət altına alınıb. Yanğınsöndürmə qrupları həmin bölgələrdə işlərini davam etdirirlər."
APA xəbər verir ki, bu haqda Türkiyənin Kənd Təsərrüfatı və Meşə Naziri İbrahim Yumaklı məlumat verib.
Qeyd edək ki, son bir neçə gündə Türkiyənin Tekirdağ, Bursa, Sakarya, İzmir, Antalya və Kahramanmaraş kimi bir neçə vilayətində yanğın başlayıb.