Olaylar.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Truth Social-da yazıb: "Mənim nümayəndələrim Qəzza ilə bağlı israillilərlə uzun və məhsuldar görüş keçirdilər. İsrail 60 günlük atəşkəsin təmin olunması üçün məcburi şərtlərlə razılaşdı və bu müddət ərzində biz münaqişəni dayandırmaq üçün bütün tərəflərlə işləyəcəyik".
Onun sözlərinə görə, Misir və Qətər münaqişənin həlli üçün "yekun təklif" verəcəklər. Eyni zamanda Tramp Fələstinin radikal HƏMAS hərəkatının "sazişlə razılaşacağına" ümid etdiyini bildirib, çünki "bundan yaxşı təklif olmayacaq - şərtlər daha da pisləşəcək".
Misirin xarici işlər naziri Badr Abdel Atinin sözlərinə görə, İsrail və Fələstin HƏMAS hərəkatı arasında dolayı danışıqlarda vasitəçilər Qəzza zolağında 60 günlük atəşkəsə nail olmağa çalışırlar. Martın 18-də İsrail ordusu HƏMAS girovların azad olunmasını dayandırdığına görə bu ilin yanvarında yaradılmış atəşkəs rejimini pozaraq Qəzza zolağında döyüşləri bərpa edib. Qətər, Misir və ABŞ-ın vasitəçiliyi ilə keçirilən bir neçə raund danışıqlardan sonra münaqişə tərəfləri yeni sazişin şərtləri ilə bağlı razılığa gələ bilməyiblər.
Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31