AZ

2 iyul - Beynəlxalq İdman Jurnalistləri Günüdür

İyulun 2-si Beynəlxalq İdman Jurnalistləri Günüdür.

Apasport.az xəbər verir ki, bu gün Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının (AIPS) təşəbbüsü ilə 1995-ci ildən başlayaraq hər il qeyd edilir.

1924-cü il iyulun 2-də Parisdə keçirilmiş beynəlxalq idman mətbuatı nümayəndələrinin konqresində peşəkar təşkilat - Beynəlxalq İdman Mətbuatı Assosiasiyasının yaradılması barədə qərar qəbul edilib. AIPS beynəlxalq mətbuatla idmançılar və sponsorlar arasında vasitəçilik edir, yeni idman jurnalistləri üçün iclaslar və seminarlar təşkil edir.

Hazırda dünyanın 130 ölkəsi AIPS-də təmsil olunur. Ölkəmizi bu qurumda Azərbaycan İdman Jurnalistləri Assosiasiyası təmsil edir. AIPS-in fəal üzvlərindən olan Azərbaycan 2014-cü ildə qurumun 90 illik yubileyinə həsr olunan 77-ci konqresinə ev sahibliyi edib.

"Apasport" Azərbaycanda fəaliyyət göstərən bütün idman jurnalistlərini bu gün münasibəti ilə təbrik edir, fəaliyyətlərində uğurlar arzulayır.

Kənan Kərimov: “Stadionu təbii örtüklü etsəydik, bir ilimizi itirərdik” - Müsahibə

"Sabah"ın rəqibindən növbəti transfer

Rövlan Muradov "Zirə"də - RƏSMİ

"Qarabağ" və "Zirə"nin sabiq futbolçusu yenidən Premyer Liqada - RƏSMİ

Azərbaycan klubu Mərkəz Afrika Respublikası millisinin hücumçusu ilə danışıq aparır - ÖZƏL

Seçilən
5
50
apasport.az

10Mənbələr