Demokrat.az BAKU.WS-ə istinadən xəbər verir ki, o şəxsi instaqram hesabında Azərbaycan millisinin və Almaniyanın "Kayzerslautern" klubunun futbolçusu Mahir Emreli ilə fotolarını paylaşıb.
Abbasova Mahirin ad günü olduğunu vurğulayıb. O futbloçu və onun bacısı Ayşə ilə birlikdə çəkilən fotolarını paylaşaraq onu yeni yaşı münasibətilə təbrik edib:
"Azərbaycanımızın milli qüruru canım Mahir... Ad günün mübarək olsun! Sənə sağlamlıq xoşbəxtlik və futbol karyeranda sonsuz uğurlar arzu edirəm. Yaxşı ki varsan! Allah səni və gözəl ailəni qorusun!"