"Ziyəddin Səfərov hadisə günü səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb".
Mia.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov iyulun 2-də Baş Prokururluqda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin açılmasına dair keçirilən mətbuat konfransında məlumat verib.
"İlkin araşdırma zamanı məlum olub ki, Rusiya hüquq-mühafizə orqanlarının keçirdikləri əməliyyat nəticəsində azərbaycanlılar saxlanılıb. Həmin vaxt onlara ağır xəsarətlər yetirilib. Ziyəddin Səfərov isə həmin gün səhər saatlarında Rusiya hüquq-mühafizə orqanlarının avtomobilində ölüb".
"İstintaq zamanı zərərçəkən şəxslərin yaxınları zərərçəkən kimi tanınıb. Saxlanılan şəxslərlə bağlı əməliyyat istintaq hərəkətləri keçirilib. Ziyəddin Səfərov iyunun 27-də yaşadığı evdən çıxarılıb, həmin vaxt onun üzərində xəsarət izi olmayıb. O, evdən çıxarılandan Rusiyanın hüquq-mühafizə orqanlarının işgəncəsinə məruz qalıb"(report).
"Baş Prokurorluda Rusiyada qətlə yetirilən azərbaycanlılarla bağlı cinayət işinin araşdırılması üçün geniştərkibli istintaq qrupu yaradılıb".