AZ

Ronald Reyqanı sui-qəsddən xilas etmiş cərrah öldü

Yazını böyüt
Yazını kiçilt

ABŞ-nin keçmiş Prezidenti Ronald Reyqanı sui-qəsddən xilas etmiş cərrah Cozef Cordano vəfat edib. O, ABŞ-də Corc Vaşinqton Universitetinin (GW) xəstəxanasının cərrahiyyə şöbəsinin keçmiş müdiri və travmatologiya mərkəzinin rəhbəri idi. Həkim 84 yaşında, infeksiyadan yaranan ağırlaşmalar nəticəsində dünyasını dəyişib.

Bu barədə məlumatı "The Washington Post" yayıb. Nəşr xatırladır ki, ABŞ Prezidenti Ronald Reyqana sui-qəsdə cəhd 1981-ci ildə olub:

"Martın 30-da xəstəxanaya ən təcili hadisələrdən biri daxil oldu. Təxminən saat 14:30-da Reyqan Vaşinqton Hilton otelindən çıxarkən altı atəş səsi eşidildi. 10 dəqiqədən az bir müddət sonra Reyqan öz ayaqları ilə təcili yardım şöbəsinə daxil oldu, sonra isə yerə yıxıldı".

Doktor Cordanon dərhal əməliyyata başlayıb. O, Reyqanın qarın nahiyəsində kəsik edib, plastik boru yerləşdirib ki, bu da daxili qanaxmanı dərhal aşkar etməyə imkan verib. Həkim atəşli yaranı müəyyən edib və gülləni ürəkdən 5 sm aralıda tapıb. Əməliyyat iki saat davam edib, 11 gün sonra Reyqan xəstəxanadan evə buraxılıb.

Cordanonun həmkarları bildiriblər ki, həkim əməliyyat zamanı "maestro kimi çalışıb".

Seçilən
25
1
hafta.az

2Mənbələr