AZ

AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya tərəfindən vurulması barədə Baş Prokurorluqdan AÇIQLAMA

"AZAL-a məxsus sərnişin təyyarəsinin Rusiya Müdafiə Nazirliyi tərəfindən vurulması ilə bağlı yayılan məlumatlar araşdırılır".

Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Baş Prokurorluğun İstintaq idarəsinin rəisi Nemət Əvəzov deyib.

O bildirib ki, bununla bağlı informasiya yoxlanılır:

"Ümumiyyətlə, hər hansısa bir hadisə ilə bağlı mediada yayılan məlumat yoxlanılır, məlumat istintaqa təqdim edilir. Həmçinin bu məlumatların hansı mənbədən və hansı əsasla da yayıldığı araşdırılır. Sözügedən hadisə ilə bağlı yayılan iddia da eyni qayda üzrə yoxlanılır".

Qeyd edək ki, ötən gün rusiyalı hava hücumundan müdafiə bölməsinin kapitanı Paladıçuk Dmitri Sergeyeviçin səsyazısı yayılıb. O, təyyarəyə atəş açılması əmrinin Rusiya Müdafiə Nazirliyi tərəfindən verildiyini bildirib.

Seçilən
36
3
demokrat.az

5Mənbələr