AZ

Yekaterinburq hadisəsi: Lalayevin həbs müddəti uzadıldı

Yekaterinburqun Lenin rayon məhkəməsi tərəfindən azərbaycanlı Şahin Lalayevin həbs müddəti 19 iyula qədər uzadılıb.

KONKRET.az xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ş.Lalayev iyunun 26-da Yekaterinburqda Rusiya güc strukturlarının reydləri zamanı saxlanılıb. Onun barəsində məhkəmə iyunun 29-da 3 günlük həbs qətimkan tədbiri qəbul edib.

Xatırladaq ki, iyunun 27-də səhər Rusiya Federal Təhlükəsizlik Xidməti Yekaterinburqda azərbaycanlıların evlərinə basqın edib. Reyd zamanı iki nəfər öldürülüb, bir neçə nəfər isə xəsarət alıb.

Seçilən
17
6
konkret.az

10Mənbələr