AZ

QHT sədri: "Azərbaycan polisi qanunun gücü, xalqın dayaq nöqtəsidir"

"2 iyul Azərbaycanda hüquq-mühafizə orqanları əməkdaşlarının peşə bayramı kimi qeyd olunur. Bu gün yalnız bir tarix deyil, cəmiyyətin təhlükəsizliyini təmin edən, vətəndaşların hüquqlarını qoruyan polis əməkdaşlarının əzm və fədakarlığına göstərilən ictimai ehtiramdır".

Bu sözləri Qadın Təşəbbüsü və Sosial Problemlərin Həllinə Yardım İctimai Birliyinin rəhbəri Zenfira Mustafayeva QHT.az -a açıqlamasında bildirib. Onun sözlərinə görə, Azərbaycan polisi təkcə qanunun keşiyində dayanan qurum deyil, həm də sabitliyin və vətəndaş güvənliyinin başlıca təminatçısıdır:

"Onların gündəlik fəaliyyəti – görünməyən zəhmət, yorulmaz mübarizə və daim ayıq mövqeyin nəticəsidir. Bu peşə yalnız forma geyinmək deyil, həm də prinsipiallıq, soyuqqanlılıq və vicdanla xidmət göstərməkdir. Hər bir polis əməkdaşına bu çətin, lakin şərəfli missiyada uğurlar, cansağlığı və xalqın daim etimadını qazanmağı arzulayırıq. Azərbaycan polisi – qanunun gücü, xalqın dayaq nöqtəsidir".

 

Pərvanə Fərhadqızı

Seçilən
22
27
qht.az

10Mənbələr