AZ

İlqar Səfərov: Soydaşlarımıza işgəncə verənlər barədə tədbir görülməzsə, lazımi addımlar atacağıq

Oxu.az portalından əldə olunan məlumata əsasən, ain.az xəbər verir.

"Biz heç bir dövlətin daxili işinə qarışmaq niyyətində deyilik".

Oxu.Az-ın məlumatına görə, bunu bu gün keçirilən mətbuat konfransında Baş Prokurorun xüsusi tapşırıqlar üzrə böyük köməkçisi İlqar Səfərov deyib.

O bildirib ki, Yekaterinburqdakı azərbaycanlıların fiziki zorakılığa məruz qalmasına isə biganə qala bilmərik:

"Həmin şəxslərə qarşı fiziki zorakılıq göstərilib. Biz də buna reaksiya verməyə bilmərik. Əgər həmin soydaşlarımıza işgəncə verən şəxslər barədə tədbir görülməzsə, biz bu barədə lazımi addımlar atacağıq. Hazırda faktla bağlı cinayət işi başlanıb, istintaq da davam edir".

Samir Əli

Ən son xəbərləri və yenilikləri almaq üçün ain.az saytını izləyin.

Seçilən
9
1
oxu.az

2Mənbələr