AZ

Təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb

Azertag saytından alınan məlumatlara görə, ain.az xəbər verir.

Bakı, 2 iyul, AZƏRTAC

2025-ci ildə təkrar sertifikatlaşdırılma prosesində uğur qazanmayan müəllimlərlə işin təşkili məqsədilə komissiyalar yaradılıb.

Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən AZƏRTAC-a bildirilib ki, komissiyalar iyulun 31-dək Agentliyin yerli təhsili idarəetmə bölmələrində fəaliyyət göstərəcək.

Komissiyaların yaradılmasında məqsəd təkrar sertifikatlaşdırma imtahanında müvafiq keçid balını toplamayan müəllimlərlə işin təşkili, onların sosial statuslarının mərhələli şəkildə qiymətləndirilməsi və alternativ iş yeri ilə təmin olunmalarının araşdırılmasından ibarətdir.

Hadisənin gedişatını izləmək üçün ain.az saytında ən son yeniliklərə baxın.

Seçilən
26
22
azertag.az

10Mənbələr