AZ

Payız mövsümü başlayandan ölkənin meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkilib

Payız

Bakı, 12 dekabr, AZƏRTAC

Payız əkin planına uyğun olaraq ötən həftə ərzində ölkənin bütün regionlarının meşə fondu torpaqlarında meşəbərpa tədbirləri davam edib, hər bölgənin iqlim şəraitinə uyğun Meşə Təsərrüfatı Mərkəzlərinin tinglik sahələrində yetişdirilən müxtəlif növ ağaclar əkilib, toxumlar səpilib.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, ötən həftə ərzində meşə fondu torpaqlarının açıq və seyrək ərazilərində Regional Meşə Təsərrüfatı Mərkəzlərinin əməkdaşları tərəfindən 189 261 ağac əkilib, 6700 kiloqramdan artıq toxum səpilib.

Payız mövsümü başlayandan bu günədək ölkənin meşə fondu torpaqlarında 1 milyondan artıq ağac əkilib, 32 ton toxum səpilib.

Seçilən
364
13
azertag.az

10Mənbələr