AZ

Qəzzədə humanitar yardım gözləyənlərə hücum: 29 ölü

Qəzzədə

İsrail ordusunun bu gün səhər saatlarından etibarən Qəzza zolağının müxtəlif bölgələrinə həyata keçirdiyi hücumlar nəticəsində, 10-u humanitar yardım gözləyənlər olmaqla, ümumilikdə 29 fələstinli həlak olub.

İsrail ordusu, Qəzzəyə humanitar yardımın daxil olmasını məhdudlaşdırmaqla və sürgün əmrləri ilə bölgədə insani fəlakətə səbəb olmağa davam edir. Bu günkü hücumların hədəfində də yenə yardım gözləyən mülki şəxslər və məcburi köçkünlər olub.

Xalqcebhesi.az xəbər verir ki, səhiyyə mənbələri və hadisə şahidlərinin verdiyi məlumata görə:

Qəzzənin cənubundakı Xan Yunis şəhərində İsrail ordusunun Mevasi bölgəsindəki bir evi hədəfə alması nəticəsində 2 fələstinli həyatını itirib.

Eyni şəhərdə, İsrail ordusunun məcburi köçkünlərə məxsus 3 çadırı bombalaması nəticəsində isə 12 nəfər ölüb.

Xan Yunisin mərkəzində mülki şəxslərin hədəfə alınması nəticəsində 3 nəfər öldürülüb, şəhərin müxtəlif yerlərində dağıntılar altından daha 2 fələstinlinin cəsədi çıxarılıb.

Qəzzənin mərkəzində, Səlahəddin küçəsində isə İsrail ordusunun yemək tapmaq ümidi ilə yardım məntəqələrinə yönələn insanlara hücum etməsi nəticəsində 10 nəfər ölüb, 50-dən çoxu isə yaralanıb.

Məryəm Quliyeva

Seçilən
15
4
xalqcebhesi.az

10Mənbələr