AZ

“Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub” Baş Prokurorluq

ain.az, Azpolitika.az portalına istinadən məlumatı açıqlayır.

Yekaterinburqda amansızlıqla öldürülən Ziyəddin Səfərovun saxlanıldığı anı əks etdirən videogörüntü mövcuddur.

APA xəbər verir ki, bu sözləri Baş Prokurorluğun İstintaq idarəsinin müstəntiqi Pərviz Cəlilov Azərbaycan Respublikası vətəndaşlarının Rusiya Federasiyasında işgəncəyə məruz qalması və qəsdən öldürülməsi ilə bağlı keçirilən brifinqdə deyib.

O qeyd edib ki, Ziyəddin Səfərov evdən aparılarkən tam sağlam olub, bədənində hansısa bir xəsarət olmayıb.

“Bu o deməkdir ki, o, işgəncə nəticəsində öldürülüb”, - Pərviz Cəlilov vurğulayıb.

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
12
50
azpolitika.info

10Mənbələr