Bakı. Trend:
YIĞIM Payment System məmnuniyyətlə yeni xidmətin istifadəyəverildiyini elan edir: artıq platformamız vasitəsiləUnionPay kartları ilə onlayn ödənişlərin qəbulumümkündür. Bu addım həm yerli biznes, həm də UnionPaykartlarından geniş istifadə olunan Asiya ölkələrindən olanmüştərilər üçün ödəniş imkanlarını artırır. Qeyd edək ki,Azərbaycanda qida çatdırılması, taksi və elektrik skuterlərininicarəsi xidmətləri göstərən Wolt vəBolt kimi aparıcı şirkətlər artıq UnionPayödənişlərini YIĞIM vasitəsilə qəbul etməyəbaşlayıblar.
UnionPay – dünyada buraxılmış kart sayına görəən böyük ödəniş sistemlərindəndir, 180-dən çoxölkəni əhatə edir. Hal-hazırda UnionPay kartları Çinxaricində 80-dən çox ölkədə buraxılır. Ümumi kart sayı 9milyardı ötüb. Çin xaricində UnionPay kartlarının ən çoxburaxıldığı ölkələr arasında Honq Konq, Cənubi Koreya,Sinqapur, Tailand və Rusiya yer alır.
Üstünlükləri nədir?
Azərbaycanla Çin arasında vizasız rejimin ləğvi ilə təkcə Çindəndeyil, UnionPay-in əsas ödəniş üsulu kimi istifadə edildiyidigər ölkələrdən də turist axınının artacağı gözlənilir.UnionPay kart istifadəçiləri olan qonaqlar, tələbələr vəsahibkarlar üçün bu sistemin Azərbaycanda mövcudluğu onlarınrahatlığı və alış-verişə təşviqi baxımından əhəmiyyətlidir.
Biznes üçün üstünlüklər:
- Yeni bazarlar və müştərilər – UnionPaykartlarının qəbulu Asiya ölkələrindən olan beynəlxalq müştərilərüçün məhsul və xidmətlərin cəlbediciliyini artırır.
- Konversiyanın artması – alışdığı və rahatödəniş üsulları müştərilərin alış-verişi tamamlaması ehtimalınıartırır.
- Etibarlılıq və təhlükəsizlik – Ödənişlərbeynəlxalq PCI DSS standartlarına cavab verən YIĞIM-ınsertifikatlaşdırılmış infrastrukturu vasitəsilə həyatakeçirilir.
YIĞIM, Azərbaycan üçün rəqəmsal ödənişinfrastrukturunu inkişaf etdirməyə davam edir vəbizneslərə qlobal trendlərə uyğun müasir həllər və inteqrasiyalartəqdim edir.
YIĞIM haqqında:
YIĞIM Payment System — Azərbaycanın aparıcıfintex şirkətlərindən biridir və ölkədə PCI DSS beynəlxalqtəhlükəsizlik sertifikatı alan ilk şirkətdir. 2017-ci ildətəsis edilmiş YIĞIM bu gün Bolt, Wolt, Uber, Yango, Hilton,Fairmont, Hertz, Wingz Scooter və digər brendlər də daxilolmaqla 300-dən çox müştəriyə xidmət göstərir.
YIĞIM həmçinin Google Pay və ApplePay vasitəsilə onlayn və mobil tətbiqlərdə ödəniş qəbuledən ilk Azərbaycan şirkətidir. Bununla yanaşı,American Express, UnionPaykartları ilə onlayn ödəniş, eləcə də Visa Token Service(VISA VTS) inteqrasiyası da uğurla həyata keçirilib – buisə ödəniş prosesini daha təhlükəsiz və rahat edir.