AZ

Xorvatiya mətbuatı: Dinamo da ümid edirlər ki, Mmae “Qarabağ”ın təklifini qəbul edəcək

Sportal.az saytına istinadən ain.az xəbər verir.

Xorvatiya mətbuatı “Dinamo”nun mərakeşli müdafiəçi Sami Mmaenin “Qarabağ”a keçmək ehtimalı haqda yazıb. 

Sportal.az xəbər verir ki, “Gol.hr” nəşri Ağdam klubunun mərakeşlinin transferində maraqlı olduğunu diqqətə çatdırıb:

“Mmae "Dinamo"ya böyük gözləntilərlə keçib. İllik 800 min avro maaş qarşılığında onunla 2028-ci ilə qədər müqavilə imzalanıb. Mərakeşli müdafiəçi keçən yay Budapeşti Zaqrebə dəyişmişdi. Mərakeş millisinin üzvü Vahid Halilhodziçin tövsiyələri ilə bu kluba keçib. Lakin onun üçün mövsüm həm meydançada, həm də meydandan kənardan problemli oldu.

O vaxtkı baş məşqçi Nenad Byelitsa ilə münaqişədən sonra əsas komandadan uzaqlaşdırıldı. Fabio Kannavaro Mmaeni yenidən heyətə qaytarmağa çalışsa da, onun performansı gözləntiləri doğrultmadı və bu səbəbdən də yenidən ehtiyat oyunçular skamyasında qaldı. Mmaeni “Ferentsvaroş”da oynadığı müddətdə istəyən "Qarabağ" növbəti dəfə onunla maraqlanıb. “Dinamo”da ümid edirlər ki, Mmae “Qarabağ”ın təklifini qəbul edəcək və belədə, büdcə yükü yüngülləşəcək”. 

saytlarin hazirlanmasi

Ən son yeniliklər və məlumatlar üçün ain.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.

Seçilən
3
34
sportal.az

10Mənbələr